“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Reyncers”ə 1:3 hesabı ilə məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında jurnalistin sualını gözləyərkən özünü yuxuya getmiş kimi göstərib.
Sport-Az xəbər verir ki, hadisə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra baş verib. Jurnalist sualını çox uzun müddət formulə edirdi və bu, təxminən bir dəqiqə çəkib.
Mourinyo əvvəlcə diqqətlə ona qulaq assa da, daha sonra əlini başına dayayaraq gözlərini yumub və qəsdən xoruldamağa başlayıb. Onun bu jesti mətbuat konfransının iştirakçılarını təəccübləndirib.