Türkiyənin “Fenerbahe” klubu yay transfer pəncərəsində “Yuventus”un serbiyalı yarımmüdafiəçisi Filip Kostiçi heyətində saxlamaq niyyətindədir. Təcrübəli futbolçu hazırda İstanbul klubunda icarə əsasında çıxış edir və baş məşqçi Joze Mourinyo onun çıxışından razıdır.
Klub rəhbərliyi, 32 yaşlı futbolçunun performansından təsirlənərək, müqaviləsindəki satınalma bəndindən istifadə edərək onu tamamilə transfer etməyə qərarlıdır. Kostiçlə bağlı icarə razılaşması mövsümün sonunadək qüvvədədir və bu müddətdən sonra onun taleyi ilə bağlı yekun qərar veriləcək.
Serbiyalı futbolçu bu mövsüm “Fenerbahe”nin heyətində 29 oyuna çıxaraq 2 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun sabit çıxışı Mourinyonun taktiki planlarına uyğun gəlir və bu, klubun transfer qərarında mühüm rol oynayır.