Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış vacib qarşılaşma bu axşam Masazırda baş tutacaq. “Sabah” “Bank Respublika Arena”də Qarabağ FK ilə saat 19:30-da üz-üzə gələcək, matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Liderlik mübarizəsində 33 xalla öndə gedən Qarabağ və 31 xalla 2-ci yerdəki Sabah arasında keçəcək görüş CBC Sport-da canlı yayımlanacaq.
Heyətlər və hakim təyinatı
Misli Premyer Liqası
1-ci tur oyunu
18 dekabr, 19:30
“Sabah” – “Qarabağ”
Masazır, “Bank Respublika Arena”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sabah” heyəti:
- Əsas: 92. Stas Pokatilov (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
- Ehtiyat: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
“Qarabağ” heyəti:
- Əsas: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
- Ehtiyat: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.



