More

    Muhəmmədəli Məmmədzadə Avropa çempionatında 2 gümüş medal əldə etdi

    Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın Madrid şəhərində keçirilən U-15 yaş qrupu üzrə Avropa çempionatında 2 gümüş medal qazanmışdır.

    sport-az.com-ın məlumatına görə, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti xəbər verib.

    Yarışın son günündə mübarizə aparan idmançı birdənqaldırma növündə 122 kq göstərici ilə ikinci yeri tutub. Ardınca təkanlaqaldırma növündə 147 kq ağırlığın öhdəsindən gəlmişdir.

    Hər iki növün yekununda 269 kq nəticə əldə edən atlet yenidən gümüş medala layiq görülüb.

    Qeyd edək ki, bu çəki kateqoriyasında çıxış edən digər nümayəndəmiz Ayxan Məmmədov ümumi hesabda 218 kq (102+116) nəticə ilə Avropa çempionatını 6-cı yerdə tamamlamışdır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni