NBA finalında gərgin döyüş: İndiana son hissədə Oklohamanı məğlub etdi və seriyada irəli çıxdı — VİDEO

NBA pley-off finalının üçüncü oyununda “İndiana Peysers” doğma meydanda “Oklahoma Siti Thunder” üzərində 116:107 hesablı qələbə qazanaraq seriyada 2:1 irəli keçdi.

Oyun “Oklahoma”nın üstünlüyü ilə başladı — ilk hissəni onlar 32:24 hesabı ilə qazandılar. Lakin ikinci hissədə “İndiana” təşəbbüsü ələ aldı və fasiləyə 64:60 hesablı üstünlüklə yollandı.

Üçüncü hissədə qonaqlar yenidən irəli çıxdılar, lakin sonuncu, həlledici rüb tamamilə meydan sahiblərinin nəzarətində keçdi. Onlar 32:18 hesabı ilə son hissəni və ümumi oyunu qazandılar.

Matçın qəhrəmanı oyun qurucusu Tayris Haliburton oldu. O, “double-double” (ikiqat göstərici) ilə yadda qaldı. Komanda yoldaşı Benedikt Metyurin isə 27 xal toplayaraq matçın ən məhsuldar oyunçusu oldu.

Seriya vəziyyəti

  • İlk oyun: “İndiana” — “Oklahoma” — 111:110
  • İkinci oyun: “Oklahoma” — “İndiana” — 123:107
  • Üçüncü oyun: “İndiana” — “Oklahoma” — 116:107

Seriyanın növbəti oyunları 14 və 17 iyun tarixlərində keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni