Gələn mövsümdə NBA-da hər bir klub yeni razılaşmaya əsasən teletanıma hüquqlarından 137 milyon dollar gəlir əldə edəcək. Bu, hazırkı mövsümlə müqayisədə 33% artım deməkdir.
Sportico xəbər verir ki, ESPN, NBC və Amazon ilə bağlanan yeni müqaviləyə əsasən, 2035/36 mövsümünə qədər hər bir komandanın teletanıma hüquqlarından gəliri 297 milyon dollar olacaq.
Son zamanlar NBA rəhbərliyi televiziya yayım reytinqlərinin azaldığını qeyd edib. Buna görə də, gələn ildən etibarən hər televiziya yayımına onlayn yayımlar da əlavə edilməyi planlaşdırılır.



