More

    NBA: Lebron və Donçiçin liderliyi ilə “Lakers” “Yuta”nı məğlub etdi

    10-dan 11 fevral gecəsinə keçən NBA-nın növbəti matçında “Los-Anceles Lakers” öz meydanında “Yuta Caz”ı qəbul edərək 132:113 hesablı qələbə qazandı. “Crypto Arena”da baş tutan görüşdə ev sahibi komanda böyük fərqlə qalib gəldi. Matçın ən məhsuldar oyunçusu “Lakers”in ulduz forvardı Lebron Ceyms oldu – o, 24 xal, 7 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qaldı.

    Komanda yoldaşı Ostin Rivz 22 xal, 9 ribaund və 4 asistlə yaxşı çıxış etdi, debüt edən Luka Donçiç isə 14 xal, 5 ribaund və 4 ötürmə ilə komandaya töhfə verdi.

    “Yuta Caz”ın heyətində ən məhsuldar oyunçu Con Kollinz oldu, o, 17 xal və 11 ribaundla “double-double” etdi.

    Bu qələbə sayəsində “Lakers” NBA-da ardıcıl altıncı matçını qazandı və uğurlu seriyasını davam etdirdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni