“Oklohoma Siti Thunder” komandasının müdafiəçisi Luqens Dort NBA Qərb Konfransının final seriyasının ikinci oyununda qalmaqallı hadisə ilə gündəmə gəlib.
Sport-az.comun məlumatına görə, “Oklohoma” ilə “Minnesota Timberwolves” arasında keçirilən və 118:103 hesabı ilə başa çatan matçda Dort təsadüfən baş hakim Skott Fosterin üz nahiyəsinə zərbə endirib.
Hakimin burnundan qan gəldi
Hadisə topun havaya atılması (top atışı) zamanı baş verib. Zərbə nəticəsində Fosterin burnu qanayıb, və oyunu bir neçə dəqiqəlik saxlamaq məcburiyyətində qalıblar. Hakimə yerindəcə tibbi yardım göstərilib.
Seriya davam edir
Seriyada hesab 2:0 “Oklohoma”nın xeyrinədir. Növbəti — üçüncü oyun 25 may tarixində Minneapolisdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 04:30-da başlayacaq. Qeyd edək ki, seriyada dörd qələbə qazanan komanda finala yüksələcək.



