NBA Yay Liqasının qalibi “Şarlott” oldu

Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən Yay Liqası başa çatıb və turnirin qalibi müəyyənləşib.

Sport-az.com-un məlumatına görə, final qarşılaşmasında “Şarlott” komandası “Sakramento”ya 83:78 hesabı ilə qalib gələrək çempionluğu qazanıb. Matçın hissələr üzrə nəticələri belə olub:
34:18, 12:21, 21:17, 16:22.

“Şarlott” bu turnirdə Las-Veqas və Orlando divizionlarında ümumilikdə keçirdiyi 6 oyunun hamısında qalib gələn yeganə komanda olub.

Qeyd edək ki, NBA Yay Liqası çərçivəsində komandalar əsasən gənc və perspektivli basketbolçulara şans verir və onların oyun praktikasını artırmaq məqsədi daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni