“Neftçi” futbol klubu Nigeriya millisinin hücumçusu Ayzak Saksesslə müqavilə məsələsində qarşılıqlı razılığa gələ bilmir. Xəbər verdiyinə görə, Bakı təmsilçisi uzun müddətdir ön xəttində yaşanan boşluğu aradan qaldırmaq üçün bu futbolçu ilə danışıqlar aparsa da, 29 yaşlı azad agent olan forvard maliyyə tələblərini azaltmaq istəmir.
Klub 2025-ci ilin əvvəllərindən bəri klubsuz olan Saksessə qarşıdakı səkkiz aylıq müddət üçün 200 min dollardan artıq məbləğ ödəməyi planlaşdırmır. Lakin futbolçunun istədiyi məbləğ bu rəqəmin iki dəfə çox olması səbəbindən danışıqlar uzun müddətdir ki, nəticəsiz qalır və hazırda dayandırılıb.
Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubunda forma geyinən Ayzak Saksess hazırda sərbəst futbolçudur.



