Azərbaycan millisinin üzvü Mahir Emreli karyerasını yenidən Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Almaniyanın “Nürnberq” klubundan ayrılan 26 yaşlı hücumçuya Bakı təmsilçisi “Neftçi” tərəfindən rəsmi təklif göndərilib.
“Neftçi” hücum xəttini gücləndirmək istəyir
Sport-az.com-un məlumatına görə, “ağ-qaralar” yay transfer pəncərəsində hücum xəttini təcrübəli futbolçu ilə gücləndirmək niyyətindədir. Klub rəhbərliyi Mahirə artıq təklif göndərib və onun cavabını gözləyir.
Emreli Avropada qalmaq istəyir
Bununla belə, Mahir Emreli hələ ki “Neftçi”yə cavab verməyib. Mənbələrin bildirdiyinə görə, futbolçu karyerasını Avropada davam etdirməyə üstünlük verir. Hazırda o, üç Almaniya klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl “Qarabağ”, “Legiya” (Polşa) və “Dinamo” (Zaqreb) kimi klublarda çıxış edib.



