Yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” bu gün Polşada ilk yoxlama matçına çıxacaq. Bakı təmsilçisi İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq.
Sport-az.com klubun rəsmi mənbəsinə istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 22-də Polşanın “Termalitsa Nyeçetşa” komandası ilə də gücünü sınayacaq.
Komanda hazırlığın ilk mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda keçib. İkinci mərhələ isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunub.
“Neftçi” bu toplanış çərçivəsində aşağıdakı yoxlama görüşlərini keçirəcək:
- İyulun 22-də – “Termalitsa Nyeçetşa” (Polşa)
- İyulun 27-də – “Asteras Tripolis” (Yunanıstan)
- Avqustun 1-də – AEL (Kipr)



