“Neftçi”nin futbolçusu Emin Mahmudov ili erkən başa vurub

“Neftçi” klubunun yarımmüdafiəçisi və Azərbaycan milli komandasının üzvü Emin Mahmudov ilin sonunu zədə səbəbindən meydanlardan kənarda keçirəcək.

Sport-az xəbər verir ki, Mahmudov, Misli Premyer Liqasının cari mövsümünün ilk yarısında “Kəpəz” və “Turan-Tovuz” komandalarına qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

Klubun məlumatına görə, yarımmüdafiəçinin gələn ilin əvvəlində komandanın düşərgəsinə qayıdacağı gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni