More

    “Neftçi”nin yeni baş məşqçisi rəsmi olaraq bəlli oldu

    “Sumqayıt” klubu baş məşqçisi Samir Abasovla yollarını ayırıb.

    Sport-az.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilib ki, “Neftçi” PFK ilə razılığa əsasən və Samir Abasovun şəxsi istəyinə uyğun olaraq, baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Klub Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

    Bu qərar onu göstərir ki, 46 yaşlı Samir Abasov “Neftçi”nin yeni baş məşqçisi olacaq. O, daha əvvəl 2020-ci ilin noyabrından 2021-ci ilin iyununa qədər də “Neftçi”ni çalışdırmış və həmin vaxt Bakı klubu Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün çempionu olmuşdu.

    Qeyd edək ki, Samir Abasov 2022-ci ilin sentyabrından “Sumqayıt” klubunun baş məşqçisi idi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni