Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçirilən Çempionlar Liqasının təsnifat mərhələsinin II raunduna təyinat alıb. Sport-az.com xəbər verir ki, İsmayılova İsveçrənin “Şönenverd” və Rumıniyanın “CSM Korona” komandaları arasındakı qarşılaşmada supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oyun İsveçrənin Şönenverd şəhərində bu gün baş tutacaq və görüşü niderlandlı Helena Qeldof və ispaniyalı Karlos Alberto Robles Qarsiya idarə edəcək.