Nigar Nəsirova Sloveniya, Ruse şəhərində keçirilən Qran-Pri yarışında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma növündə dördüncü yeri tutub.
Sport-az xəbər verir ki, azərbaycanlı idmançı final mərhələsinə yüksələrək burada 193.9 xal toplayıb və medal qazanmağa bir addım qalıb.
Final mərhələsində həmçinin Ruslan Lunev və Vladimir Kalmykov da iştirak ediblər. Kalmykov 176.6 xal toplayaraq beşinci, Olimpiya Oyunlarının dəfələrlə iştirakçısı Lunev isə 157.5 xalla altıncı yerdə qərarlaşıb.