Braziliya millisinin və “Əl-Hilal” klubunun hücumçusu Neymar 2025-ci ilə qədər milli komanda oyunlarında iştirak etməyəcək.
Sport-az.com xəbər verir ki, bu barədə məlumatı “RMC Sport” yayıb. Braziliya futbolçusu dizindən aldığı ciddi zədədən sonra təxminən bir il ərzində sağalma mərhələsində olacaq. Neymar Braziliya millisinə geri qayıtmaq istəsə də, yerli federasiya futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəlib.
32 yaşlı hücumçunun gələn ilin martında Kolumbiya (20 mart) və Argentina (25 mart) ilə keçiriləcək qarşılaşmalarda milli komanda formasını geyinməsi gözlənilir.
Qeyd edək ki, Braziliya millisi noyabr ayında Venesuela (14 noyabr) və Uruqvay (20 noyabr) ilə qarşılaşmalara çıxacaq.