Milli Xokkey Liqası (NHL) və NHL oyunçularının həmkarlar ittifaqı 2028-ci ildə keçiriləcək Dünya Kubokunu Beynəlxalq Xokkey Federasiyasının (IIHF) iştirakı olmadan təşkil etməyi planlaşdırır.
Sport-Az xəbər verir ki, bu barədə TSN jurnalisti Darran Dreger sosial şəbəkədə məlumat yayıb.
Məsələ ilə bağlı rəsmi açıqlamanın 12-20 fevral tarixlərində Monreal və Bostonda keçiriləcək Dörd Millət Turniri zamanı verilməsi gözlənilir. Kanada, ABŞ, İsveç və Finlandiya yığmaları bu turnirdə iştirak edəcək.
Sonuncu dəfə Dünya Kuboku 2016-cı ildə baş tutmuşdu. NHL-in vitse-komissarı Bill Deyli daha əvvəl açıqlamışdı ki, turnirdə iştirak etməyən oyunçular heç bir cəza ilə üzləşməyəcəklər.