İngiltərə Futbol Liqası Kubokunun (AFL) yarımfinal mərhələsinin cavab oyunu baş tutdu. “Nyukasl Yunayted” öz meydanında “Arsenal”ı məğlub edərək finala vəsiqə qazandı.
Sport-Az xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüş 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatdı.
Matçın əsas anları:
- 20-ci dəqiqədə “Nyukasl”ın hücumçusu Ceykob Merfi hesabı açdı.
 - 52-ci dəqiqədə cinah yarımmüdafiəçisi Entoni Qordon komandasının üstünlüyünü artırdı.
 
İlk oyun 7 yanvarda “Emireyts” stadionunda keçirilmiş və yenə “Nyukasl” 2:0 hesabı ilə qalib gəlmişdi.
Kubokun ikinci finalçısı “Liverpul” – “Tottenhem” qarşılaşmasının qalibi olacaq. Bu komandalar 6 fevralda cavab oyununa çıxacaq. İlk görüşdə “Tottenhem” 1:0 hesablı qələbə qazanmışdı.



