“Oklahoma” NBA tarixində son 48 ilin ən gənc çempion komandası oldu

“Oklahoma” Milli Basketbol Assosiasiyasında (NBA) son 48 il ərzində çempion titulunu qazanan ən gənc komanda kimi tarixə düşüb.

Sport-az.com-un məlumatına görə, NBA final seriyasında “İndiana” üzərində 4:3 hesablı qələbə qazanan “Oklahoma” kollektivinin yaş ortalaması 25,56 olub. Bu göstərici, 1976/1977 mövsümündə çempion olan “Portlend”in yaş ortalaması (25,03) ilə müqayisədə az fərqlə ikinci ən gənc komanda statusunu qazandırır.

Xatırladaq ki, final seriyasının həlledici – yeddinci oyununda “Oklahoma” rəqibini 103:91 hesabı ilə məğlub edərək çempionluğu təmin edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni