More

    Olimpiya 2026: İtaliyada keçiriləcək Qış Oyunlarının məşəli təqdim olundu

    2026-cı ildə Milanda və Kortina d’Ampezzoda baş tutacaq XXV Qış Olimpiya Oyunlarının rəsmi məşəli təqdim edilib. Sport-az.comun Associated Pressə istinadla verdiyi xəbərə görə, təqdimat mərasimi 14 aprel tarixində Milanda keçirilib.

    Məşəl dizaynı və xüsusiyyətləri

    Olimpiya məşəlləri əsasən təkrar emal edilmiş materiallardan hazırlanacaq. Məşəl dizaynı elə qurulub ki, onun qaz balonunu 10 dəfə doldurmaq mümkün olacaq. Bu isə istehsal ediləcək məşəl sayının azaldılmasına səbəb olacaq. Olimpiya məşəli alüminium və mis ərintisindən düzəldilib və mavi-yaşıl rəngə boyanıb. Paralimpiyada istifadə olunacaq versiya isə bürünc rəngdə təqdim olunub.

    Olimpiya məşəlinin marşrutu

    Olimpiya məşəlinin alovu 2025-ci il noyabrın 26-da Yunanıstanın Olimpiya şəhərində yandırılacaq. 6 dekabrda məşəl Romaya çatdırılacaq və oradan İtaliya daxilində 12 000 km-lik məsafəni qət edəcək. Məşəli ümumilikdə 10 001 nəfər daşıyacaq.

    Oyunların tarixləri

    Milano və Kortina d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları 6-22 fevral 2026-cı il tarixlərində baş tutacaq. Qeyd edək ki, Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvinçev İtaliyada keçiriləcək bu Oyunlara lisenziya qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni