Cüdo üzrə dünya reytinqində dəyişikliklər olub.
Sport-az.com xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeləri əsasən dəyişməz qalsa da, Murad Fətiyev (90 kq) cədvəldə irəliləyiş əldə edib. Abu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Fətiyev bu nəticədən sonra 9-cu yerdən 7-ci pilləyə yüksəlib.
Eyni zamanda, Elcan Hacıyev də iki pillə irəliləyərək reytinqdə 9-cu sıraya qalxıb. Digər idmançılarımızdan Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) 7-ci sırada, Uşanqi Kokauri (+100 kq) isə 10-cu yerdədir.
Millimizin liderlərinin mövqeyi dəyişməz olaraq qalır. Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çəki dərəcələrində birinci yerdədirlər.



