Fransanın “Biarritz” reqbi klubunun oyunçusu, 2016-cı il Olimpiya çempionu Masivesi Dakuvaka, komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb.
Sport-Az mənbələrinə əsasən, hadisə komandanın əyləncə tədbiri zamanı baş verib. Şahidlərin dediyinə görə, bir neçə oyunçu arasında pul mübahisəsi yaranıb. Zərərçəkmiş oyunçu münaqişəni sakitləşdirmək istəyərkən hücuma məruz qalıb və yanağında 20 tikişlik yara alıb.
30 yaşlı Dakuvaka bu hərəkətinə görə təəssüfləndiyini bildirsə də, səbəbini izah edə bilməyib. Klub rəhbərliyi oyunçunu heyətdən kənarlaşdırıb, o isə may ayında məhkəmə qarşısına çıxacaq.