Ozan Can oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü formasını geyindiyi HİK klubu Konfrans Liqasının 2-ci turunda Belarusun “Dinamo” komandasını qəbul edib.

Sport-az.com-ın verdiyi məlumata görə, qarşılaşma HİK-in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ozan Can bu oyunda start heyətində meydana çıxıb və bütün matçı oynayıb.

Qeyd edək ki, bu qələbə ilə HİK 3 xalla ümumi sıralamada 23-cü yerdə qərarlaşıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni