“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qarşıdakı Premyer Liqa matçları barədə danışaraq, növbəti görüşün – Aston Villa ilə oyunun onun komandası üçün final qədər əhəmiyyətli olduğunu bildirib.
İspaniyalı mütəxəssis komandasını çətin bir dönəm gözlədiyini deyib və azarkeşlərə xüsusi müraciət edib:
“Aston Villa ilə oyundan sonra Wolves ilə matç da final olacaq, daha sonra isə Southampton ilə qarşılaşma – çünki indi hər oyunun taleyimiz üçün böyük əhəmiyyəti var. Aston Villa Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Onların PSG-yə qarşı göstərdikləri oyun məni həqiqətən heyran etdi. Onlar bəzən müdafiəyə çəkilir, amma fürsətləri dəyərləndirməkdə və hücuma çıxmaqda çox bacarıqlıdırlar – sürətləri və standart vəziyyətlərdəki gücləri ilə.
Bu oyun bir finaldır. Bizim azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız var. Düşünürəm ki, onlar yenidən Çempionlar Liqasını qazanmağımızı istəyirlər və ümid edirəm ki, ilk dəqiqədən etibarən bizimlə birlikdə olacaqlar. Bəzən oyunumuz istədiyimiz səviyyədə olmur, bəzən yavaş oynayırıq, amma bu matçda onların səsləri, ruhları bizimlə olmalıdır. Bu bizim üçün, sözün əsl mənasında finaldır.”
Hazırda “Mançester Siti” Premyer Liqa cədvəlində 58 xalla 5-ci yerdə qərarlaşıb. Qeyd edək ki, “Siti” ilə “Aston Villa” arasında qarşılaşma 22 aprel tarixində, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.