More

    Perezdən Ançelottiyə xəbərdarlıq – Realda qalmaq üçün şərt açıqlanıb

    “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mövsüm sonunda vəzifəsini itirə bilər. İspaniya mediasının yaydığı məlumata görə, klub prezidenti Florentino Peres italiyalı çalışdırıcıya konkret tələb irəli sürüb: o, La Liqa və ya Çempionlar Liqasından birini qazanmalı, əks halda klubla yolları ayrılacaq.

    Əgər Ançelotti bu tələblərdən heç birini yerinə yetirə bilməsə, mövsüm başa çatdıqdan sonra istefaya göndəriləcək. Onun yerinə müvəqqəti olaraq ya Alvaro Arbeloa, ya da Santyaqo Solari gətiriləcək – bu qərar xüsusilə Klublararası Dünya Çempionatı-2025 turnirinə qədər qüvvədə olacaq. Turnirdən sonra isə komandanı Xabi Alonso təhvil alacaq.

    Bu qərar “Real” rəhbərliyinin Ançelottiyə olan səbrinin tükəndiyini göstərir. Klub artıq yeni dövrə hazırlaşır və rəhbərlik gənc və perspektivli məşqçi ilə uzunmüddətli layihəyə başlamaq istəyir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni