13 aprel tarixində “Sakhir” avtodromunda Formula 1-in yeni mövsümündə dördüncü mərhələ olan Bəhreyn Qran-prisi baş tutdu. Yarışın qalibi “McLaren”in gənc pilotu Oskar Piastri oldu.
24 yaşlı avstraliyalı sürücü yarışa pole-pozisiyasından başladı və böyük hissəsini liderliklə tamamladı, bu da onun üçün mövsümdə ikinci qələbə oldu. Daha öncə o, Çin Qran-prisində də birinci yerə çıxmışdı.
İlk üçlük belə formalaşdı:
- Oskar Piastri (McLaren)
- Corc Rassell (Mercedes)
- Lando Norris (McLaren) – startda səhvə yol verdiyinə görə 5 saniyə cərimə aldı
Digər nəticələr:
- Mövsümün favoritlərindən olan və hazırkı dünya çempionu Maks Ferstappen (Red Bull) yalnız altıncı yeri tuta bildi.
- Onun önündə Ferrari pilotları Şarl Lekler və Lüis Hemilton qərarlaşıb.