Polşa 2040 və ya 2044-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir. Bu barədə ölkənin idman və turizm naziri Slawomir Nitras Sport-az.com-un məlumatına görə açıqlama verib.
Rəsmi namizədlik üçün hazırlıq gedir
Nazirin sözlərinə görə, Polşa hökuməti bu məqsədlə strateji sənədlər üzərində işləyir. “Biz 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. Eyni zamanda 2044-cü il variantını da nəzərdən keçiririk. Xüsusilə 1944-cü il Varşava üsyanının 100 illiyinə həsr olunmuş Oyunlar bütün ölkə üçün qürur mənbəyi ola bilər,” – deyə Nitras bildirib.
Polşa üçün ilk Olimpiya təcrübəsi ola bilər
Qeyd edək ki, Polşa indiyə qədər nə Yay, nə də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu baxımdan 2040 və ya 2044-cü ildə Oyunların Varşavada keçirilməsi ölkə üçün tarixi hadisə ola bilər.
Yaxın perspektivdə isə növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə baş tutacaq.