More

    Poqba diskvalifikasiyasını başa vurdu: karyerasını harada davam etdirəcək?

    Fransalı yarımmüdafiəçi Poul Poqba artıq rəsmi olaraq futbola qayıtmaq hüququ qazanıb. 10 martda onun diskvalifikasiya müddəti sona çatıb və o, yenidən matçlara çıxa bilər.

    Sonuncu klubu “Yuventus” olan Poqba keçən ilin oktyabr ayında Turin təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmişdi. Hazırda 31 yaşlı futbolçu yeni klub axtarır və yalnız Avropanın aparıcı liqalarından gələn təklifləri dəyərləndirmək niyyətindədir.

    Mümkün variantlar arasında “Marsel” xüsusilə diqqət çəkir. Fransız mediasının məlumatına görə, klub Poqbaya mart ayının ortalarında rəsmi təklif göndərməyi planlaşdırır. Bunun səbəbi isə oyunçunun hələ diskvalifikasiya müddətində olması və klubun əlavə xərclərə girmək istəməməsidir.

    Bundan başqa, Poqba “İnter Mayami”nin prezidenti Devid Bekhem ilə görüşüb. Görüş “Nyu-York Siti” ilə oyun zamanı baş tutub, lakin onun məqsədi barədə rəsmi açıqlama verilməyib. Bekhemin Poqbanı MLS-ə cəlb etməyə çalışdığı ehtimal olunur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni