Portuqaliya kubokunda unikal hadisə baş verib. sport-az.com-un məlumatına görə, turnirin tarixində ilk dəfə olaraq 4-cü divizion təmsilçisi yarımfinala yüksəlib.
Bu tarixi uğura “Tirzense” komandası imza atıb. Komanda 1/4 finalda “U Elvaş” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Yarımfinalda “Tirzense” güclü rəqiblə üz-üzə gələcək. Onun rəqibi “Benfika” və “Braqa” cütlüyü arasında baş tutacaq oyunun qalibi olacaq.
Bu nəticə “Tirzense” klubunun azarkeşləri və Portuqaliya futbol ictimaiyyəti üçün böyük sürpriz olub. Komandanın Portuqaliya kubokunda göstərdiyi bu uğurlu çıxış ölkə futbolu tarixində yadda qalacaq.