UEFA Millətlər Liqasının 2025-ci il finalında Portuqaliya yığması penaltilər seriyasında İspaniyanı məğlub edərək tarixində ikinci dəfə bu turnirin qalibi oldu. Etibarlı bukmeker 1xBet Azərbaycan Roberto Martinesin komandasının kuboka gedən parlaq yolunu xatırlayır.
Portuqaliya qrup mərhələsini inamla keçdi
Qrup mərhələsində pireneylilər Xorvatiya, Şotlandiya və Polşa yığmaları ilə eyni qrupda yer aldılar. 2024-cü ilin sentyabrında Roberto Martinesin komandası turnirə evdə keçirdiyi Xorvatiya və Şotlandiya ilə oyunlarla başladı – hər iki görüş Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatdı. Xorvatiya ilə matçda Portuqaliya ilk hissədə iki qol vuraraq üstünlüyü sona qədər qorudu. Şotlandiyaya qarşı isə komanda geridən gəlməli oldu – həlledici qolu 88-ci dəqiqədə Kriştianu Ronaldu vurdu.
Oktyabr ayında Portuqaliya yığması Polşada 3:1 hesablı qələbə ilə qrup liderliyini möhkəmləndirdi, ardınca isə ilk dəfə xal itirdi, Şotlandiyada keçirilən oyunda qolsuz bərabərlik qeydə alındı. Noyabr ayında isə artıq yalnız bir sual açıq qalırdı: Portuqaliya pley-off mərhələsinə hansı pillədən çıxacaq? Polşa üzərində 5:1 hesablı qələbə göstərdi ki, qrupun ən güclü komandası məhz Portuqaliyadır. Xorvatiya ilə oyun artıq nəticəyə təsir etmədiyi üçün Roberto Martines heyətdə eksperimentlərə yer verdi. Buna baxmayaraq, komandası topa daha çox nəzarət etdi və matç 1:1 hesablı heç-heçə ilə başa çatdı.
Turnirdən əvvəl çoxları bu sualla maraqlanırdı: Kriştianu Ronaldu millisinə hələ də fayda verə biləcəkmi? Hücumçunun cavabı isə hər şeyi deyir: qrup mərhələsində keçirdiyi 5 oyunda 5 qol vurub, onlardan 4-ü komandasına qələbə qazandıran qollar olub.
İlk və son məğlubiyyət
UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Portuqaliya yığması Danimarka ilə qarşılaşdı. Səfər oyununda portuqaliyalılar 0:1 hesabı ilə məğlub oldular, qələbə qolunun müəllifi Rasmus Hoylund isə bunu Kriştianu Ronaldu üslubunda qeyd etdi. Cavab oyununda Roberto Martinesin komandası iki dəfə önə keçdi, lakin qonaqlar hər dəfə hesabı bərabərləşdirdilər. Yalnız 86-cı dəqiqədə Trinkau-nun vurduğu qol matçı əlavə vaxta daşıdı. Əlavə vaxtda Portuqaliya daha 2 qol vuraraq yarımfinala yüksəldi.
Almaniyaya kubok səfəri
Yarımfinalda Portuqaliya yığması meydan üstünlüyünə görə favorit sayılan Almaniya ilə qarşılaşdı. Birinci hissədə Yulian Nagelsmanın komandası portuqaliyalılardan üstün idi və qapıya daha çox təhlükəli hücumlar təşkil edirdi. İkinci hissənin əvvəlində isə Bundestim hesabı açdı – Florian Virts başla dəqiq zərbə vuraraq topu uzaq küncə göndərdi. Bir çoxları bu epizodda ofsaydın qeydə alınmamasına təəccübləndi, çünki oyundankənar vəziyyətdə olan Nik Voltemade Ruben Diaşa mane olmuşdu. Bu qərar Portuqaliyanın baha başa gələ bilərdi, lakin Roberto Martinesin komandası oyunun axarını dəyişdi və cəmi 5 dəqiqə ərzində iki qol vurdu. Əvvəlcə Fransişku Konseysau uzaq küncə gözəl zərbə ilə hesabı bərabərləşdirdi, daha sonra isə Kriştianu Ronaldu növbəti qələbə qoluna imza atdı.
Finalda da Portuqaliya favorit sayılmırdı, lakin taktiki çevikliyi, yüksək fədakarlığı və uğura olan inamı sayəsində Avropa çempionu İspaniyanı məğlub etməyi bacardı. Roberto Martinesin yetirmələri iki dəfə hesabda geri düşsələr də, Nunu Mendeş və Kriştianu Ronaldu komandanı yenidən mübarizəyə qaytardılar. Nəticədə, portuqaliyalılar oyunu penaltilər seriyasına daşıdılar və burada daha dəqiq olaraq qalib gəldilər.
Turnirin MVP-si
Bir çox ekspertlər 8 qolla turnirin bombardiri olan Kriştianu Ronaldunun çıxışını xüsusi qeyd etdilər. Eyni zamanda, mərkəz xəttinin beyinləri – Brunu Fernandeş və Vitinya da yüksək qiymətlər aldılar. Lakin bizim seçimimiz Nunu Mendeşdir. Sol cinah müdafiəçisi 1 qol vurub, 6 məhsuldar ötürmə verib və finalda Lamin Yamalı oyundan tamamilə kənarlaşdırıb.
Dünyanın ən güclü komandalarının oyunlarını 1xBet ilə izləyin və sevimlilərinizlə birgə qalib gəlin!