More

    Premyer Liqa nəhəngi Gülərə elçi düşdü – Rekord təklif

    “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Gülərin İngiltərə Premyer Liqasına transfer olunması gündəmdədir.

    Sport-az.com xəbər verir ki, “Todofichajes”in məlumatına görə, 19 yaşlı türkiyəli futbolçunun transferi ilə “Liverpul” maraqlanır. Mersisayd klubunun rəhbərliyi Ardanı transfer etmək üçün 70 milyon avro təklif etməyə hazırdır. Lakin bu məbləğ hələlik “Real Madrid”i razı salmır, çünki klub ən azı 80 milyon avro tələb edir.

    Qeyd edək ki, Arda Gülər ötən yay “Real Madrid”ə keçib və 6 illik müqavilə imzalayıb. “Transfermarkt” isə gənc futbolçunun cari bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni