Misli Premyer Liqasının 10-cu turu bu gün başa çatacaq. Turun son matçında “Sabah” klubu öz meydanında “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək.
Hazırda meydan sahibləri 15 xalla altıncı, qonaq komanda isə 5 xalla onuncu pillədə qərarlaşıb.
Turun əvvəlki qarşılaşmalarında “Qarabağ” “İmişli”yə 2:0, “Zirə” “Karvan-Yevlax”a 3:2, “Neftçi” “Kəpəz”ə 5:1, “Turan Tovuz” “Şamaxı”ya 2:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”a 3:2 hesabı ilə qalib gəlib.
Oyunun hakim təyinatları belədir: Əsas hakimlər Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov və Kamran Əliyev; VAR hakimliyi Nicat İsmayıllı; AVAR hakimliyi Eyyub İbrahimov; hakim-inspektor Orxan Məmmədov; AFFA nümayəndəsi Asif Əliyev.



