More

    Premyer Liqada 22-ci turun oyun cədvəli açıqlandı

    Misli Premyer Liqasında 22-ci turun proqramı və hakim təyinatları rəsmən elan olunub. Peşəkar Futbol Liqasının yaydığı məlumata əsasən, tur üç gün ərzində keçiriləcək və altı qarşılaşma baş tutacaq.

    Turun açılış oyunu Yevlax şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” görüşü olacaq. Bu qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək. Tura isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sabah” matçı ilə yekun vurulacaq. Həmin oyunda ədaləti Tural Qurbanov qoruyacaq.

    27 fevral – Cümə:

    14:30 – “Kəpəz” – “Sumqayıt”
    Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
    VAR: Rəvan Həmzəzadə
    AVAR: Şirməmməd Məmmədov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Ramil Diniyev
    Yevlax şəhər stadionu

    18:00 – “Araz-Naxçıvan” – “Zirə”
    Hakimlər: Rauf Cabbarov, Akif Əmirli, Zeynal Zeynalov, İslam Məmmədov
    VAR: Əliyar Ağayev
    AVAR: Teymur Teymurov
    Hakim-inspektor: Şahin Cəfərov
    AFFA nümayəndəsi: Namiq Əliyev
    “Liv Bona Dea Arena”

    28 fevral – Şənbə:

    14:30 – “Şamaxı” – “Neftçi”
    Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
    VAR: Cavid Cəlilov
    AVAR: Pərvin Talıbov
    Hakim-inspektor: Ceyhun Haşımov
    AFFA nümayəndəsi: Elgiz Abbasov
    Şamaxı şəhər stadionu

    17:00 – “Qəbələ” – “Karvan-Yevlax”
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
    VAR: Vüqar Həsənli
    AVAR: Kamran Bayramov
    Hakim-inspektor: Orxan Məmmədov
    AFFA nümayəndəsi: Bəhram Qurbanov
    Qəbələ şəhər stadionu

    1 mart – Bazar:

    16:30 – “Turan Tovuz” – “İmişli”
    Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmamı, Alik Yunusov
    VAR: Əli Əliyev
    AVAR: Elvin Bayramov
    Hakim-inspektor: Ömər Paşayev
    AFFA nümayəndəsi: Anar Şıxəliyev
    “Azersun Arena”

    19:00 – “Qarabağ” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
    VAR: Elçin Məsiyev
    AVAR: Müslim Əliyev
    Hakim-inspektor: Münis Abdullayev
    AFFA nümayəndəsi: Emin Cəfərov
    Tofiq Bəhramov adına Respublika stadionu

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni