More

    Premyer Liqada ən gənc və yaşlı komanda bəlli oldu

    Misli Premyer Liqasının cari mövsümündə iştirak edən komandaların orta yaş göstəriciləri müəyyənləşdirilib. Sport-az.com xəbər verir ki, meydana çıxan futbolçuların yaşına əsasən klubların orta yaşları hesablanıb.

    Ən gənc heyətə malik komanda çempionatın autsayderi olan “Kəpəz”dir. Gəncə təmsilçisinin orta yaşı 25 yaş 203 gündür. Onu qonşu komanda “Səbail” izləyir, aralarındakı fərq cəmi 24 gündür. İlk üçlükdə yer alan digər komanda isə “Şamaxı”dır, onun da orta yaşı 26-dan aşağıdır.

    Ən yaşlı komanda isə mövsümün sürprizi “Araz-Naxçıvan”dır. Komanda təcrübəyə əsaslanır və Premyer Liqada orta yaşı 28-dən yuxarı olan yeganə klubdur. “Araz-Naxçıvan”ı təxminən 1 yaş gənc olan “Neftçi” və “Qarabağ” təqib edir.

    Komandaların meydanda çıxan futbolçulara görə orta yaş göstəriciləri:

    1. “Kəpəz” – 25 yaş 203 gün
    2. “Səbail” – 25 yaş 227 gün
    3. Şamaxı – 25 yaş 353 gün
    4. “Sumqayıt” – 26 yaş 76 gün
    5. “Sabah” – 26 yaş 234 gün
    6. “Turan-Tovuz” – 26 yaş 236 gün
    7. “Zirə” – 26 yaş 294 gün
    8. “Qarabağ” – 27 yaş 209 gün
    9. “Neftçi” – 27 yaş 289 gün
    10. “Araz-Naxçıvan” – 28 yaş 271 gün

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni