Misli Premyer Liqasında XXI turun qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib. AFFA tərəfindən açıqlanan siyahıya əsasən, turun ən diqqətçəkən oyunlarından biri olan “Sabah” – “Kəpəz” görüşü FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
Tur çərçivəsində keçirilməsi planlaşdırılan “Neftçi” – “Qarabağ” matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb. Bu qərarın səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Turun proqramı və hakimlər:
20 fevral:
- 17:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Stadion: “Azərsun Arena”. - 19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
21 fevral:
- 14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Stadion: Yevlax şəhər stadionu.
22 fevral:
- 14:30. “İmişli” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Stadion: Quba Olimpiya İdman Kompleksinin stadionu. - 17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Stadion: “Bank Respublika Arena”.
XXI tur çempionatın gedişində mühüm rol oynaya bilər. Xüsusilə turnir cədvəlinin yuxarı və aşağı pillələrində qərarlaşan komandalar üçün bu oyunlar prinsipial xarakter daşıyır.



