Fransanın PSJ klubu İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Eduardo Kamavinganın transferində maraqlıdır.
Marca nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike fransalı futbolçunun komandaya sabitlik qatacağını və orta xətti gücləndirəcəyinə inanır.
Bununla belə, “Real” rəhbərliyi Kamavinganın zədə meylliliyindən narahatdır. Ötən mövsüm 21 yaşlı futbolçu dörd dəfə zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb və ümumilikdə 159 gün bərpa prosesi keçib.
Kamavinga 2021-ci ildən “Real”ın heyətində çıxış edir. Onun klubla olan müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, PSJ hal-hazırda 1xBet-in dəstəyi ilə çıxış edir.



