PSJ – Tottenhem: UEFA Superkuboku oyununda ən yaxşı futbolçu bəlli oldu

PSJ, Tottenhemi məğlub edərək UEFA Superkubokunu qazandı. Oyun 2:2 hesabı ilə başa çatdı, qalibi isə penaltilər seriyası müəyyənləşdirdi — 4:3.

Matçın əsas qəhrəmanı UEFA tərəfindən görüşün ən yaxşı oyunçusu seçilən Usman Dembele oldu. Fransalı futbolçu 90+4-cü dəqiqədə Qonsalu Ramuşa dəqiq ötürmə verərək, PSJ-ni əsas vaxtda məğlubiyyətdən xilas etdi.

Usman Dembelenin son nailiyyətləri:

  • 2024/25 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib
  • UEFA Superkuboku finalının ən yaxşı futbolçusu adına layiq görülüb

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni