Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turuna start verilib.
Sport-az.com-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilir.
Son Türkiyə çempionu “Qalatasaray” İsveçin “Elfsborq” komandasını qəbul edir. Eyni zamanda, Portuqaliyanın “Braqa” klubu Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gəlir.
Hər iki oyun Bakı vaxtı ilə saat 18:30-da başlanıb.
“Elfsborq” və “Bude Qlimt” komandaları “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.
Oyunlar:
18:30. “Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) – 2:0 (Birinci hissə)
Qollar: Mauro İkardi, 28, İsak Pettersson, 39-avtoqol
18:30. “Braqa” (Portuqaliya) – “Bude Qlimt” (Norveç) – 0:0 (Birinci hissə)




