Bu gün UEFA Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsinin startı verilib.
Sport-az.com xəbər verir ki, ilk oyun günündə 1-ci turun 9 qarşılaşması keçirilib.
Türkiyənin “Qalatasaray” klubu PAOK (Yunanıstan) komandasını öz meydanında qəbul edərək, ikinci hissədə üstünlük qazanıb və turnirə qalibiyyətlə başlayıb.
Digər tərəfdən, İngiltərənin məşhur klubu “Mançester Yunayted” Niderland təmsilçisi “Tvente” ilə qarşılaşıb və oyun bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, ilk turun digər 9 oyunu sentyabrın 26-da baş tutacaq. Həmin gün Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Tottenhem”ə qarşı mübarizə aparacaq.
Xatırladaq ki, Avropa Liqasının yeni formatında ilk 8 komanda birbaşa 1/8 final mərhələsinə yüksəlir, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsində yarışacaqlar. 25-36-cı yerləri tutan komandalar isə turniri tərk edirlər.
25 sentyabr tarixində keçirilmiş oyunlar:
- “Bodo Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) – 3:2
Qollar: Samu Omorodion, 8 (0:1), Kasper Heq, 15 (1:1), Yens-Peter Heuqe, 40 (2:1), 62 (3:1), Deniz Gül, 90 (3:2)
Qırmızı vərəqə: İsak Myaattya, 51 (“Bodo Qlimt”) - “Alkmaar” (Niderland) – “Elfsborq” (İsveç) – 3:2
Qollar: Ouma, 23 (0:1), Van Bommel, 44 (1:1), 50 (2:1), Hedlund, 53 (2:2), Perrott, 74-pen (3:2)
Qırmızı vərəqə: Holmen, 86 (“Elfsborq) - “Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) – 2:1
Qollar: Vershaeren, 60 (1:0), Dolberq, 66-pen (2:0), Traore, 86 (2:1)
Qırmızı vərəqə: Anqolu, 81 (“Anderlext”) - “Dinamo” (Ukrayna) – “Latsio” (İtaliya) – 0:3
Qollar: Dia, 5; 35, Dele-Başiru, 34
Qırmızı vərəqə: Braqaru, 72 (“Dinamo”) – Noslin, 82 (“Latsio”) - “Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) – 3:1
Qollar: Baba, 48-avtoqol (1:0), Konstantelias, 67 (1:1), Akgün, 76 (2:1), İkardi, 90+5 (3:1) - “Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya) – 0:2
Qollar: Jurasek, 37, Xitil, 65 - “Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) – 1:1
Qollar: Erikssen, 35 (1:0), Lammers, 68 (1:1) - “Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya) – 1:1
Qollar: Osorio, 42 (1:0), Moerştedt, 90 - “Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) – 1:1
Qollar: Barrenetxea, 18 (0:1), Rosario, 45 (1:1)
26 sentyabr oyunları:
- 20:45: “Fənərbaxça” (Türkiyə) – “Union” (Belçika)
- 20:45: “Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)
- 23:00: “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
- 23:00: “Roma” (İtaliya) – “Atletik” (İspaniya)
- 23:00: “Braqa” (Portuqaliya) – “Makkabi” (İsrail)
- 23:00: “Ayntraxt” (Almaniya) – “Viktoriya” (Çexiya)
- 23:00: “Styaua” (Rumıniya) – RFS (Latviya)
- 23:00: “Lion” (Fransa) – “Olimpiakos” (Yunanıstan)
- 23:00: “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)