More

    “Qalatasaray”ın çempionluq tədbirinə Dua Lipadan rekord qonorar tələbi

    Türkiyənin futbol üzrə 2024/25 mövsümündə çempionu olan “Qalatasaray” klubunun yubiley tədbirində dünya şöhrətli britaniyalı müğənni Dua Lipanın səhnə alması planlaşdırılıb.

    Lakin bu plan gerçəkləşmədi

    Sport-az.com-un SporX-ə istinadən məlumatına görə, klub rəhbərliyi müğənniyə təklif göndərib. Ancaq Dua Lipanın bu tədbirdə çıxış etməsi üçün tələb etdiyi qonorar – 3.5 milyon dollar – “aslanlar” üçün çox yüksək məbləğ hesab olunub. Nəticədə danışıqlar uğursuz alınıb və bu ideyadan imtina edilib.

    Xatırladaq ki, “Qalatasaray” 25-ci Türkiyə çempionluğunu qazanaraq beşinci ulduz hüququna da yiyələnib. Bu uğur münasibətilə klub möhtəşəm tədbir planlaşdırırdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni