Azərbaycan milli futbol komandasının keçmiş üzvü Qara Qarayevin yeni klubu müəyyənləşib.
Sport-az.com xəbər verir ki, 32 yaşlı təcrübəli yarımmüdafiəçi rəsmi olaraq “Araz-Naxçıvan” klubuna transfer olunub. Klubun rəsmi saytında yayılan məlumata əsasən, Qara ilə mövsüm sonuna qədər müqavilə imzalanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan millisində 76 oyunda çıxış etmiş Qarayev, futbol karyerasına “Qarabağ” klubunda başlayıb və 15 il ərzində (2008-2023) Ağdam təmsilçisinin şərəfini qoruyub. 2023-cü ildə “Neftçi”yə keçid etsə də, əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu klubdan ayrılmaq qərarına gəlib.
Qarayev futbol karyerasında böyük uğurlara imza atıb: o, 9 dəfə Azərbaycan çempionu və 5 dəfə ölkə kubokunun qalibi olub.



