More

    Qara Qarayev Yeni Klubunda Nə Qədər Qazanacaq?

    “Araz-Naxçıvan” klubunun yeni transferi Qara Qarayev mövsüm sonuna qədər 80 min manat gəlir əldə edəcək.

    Sport-az.com xəbər verir ki, mənbəyə əsasən, əgər klub mövsümün sonunda avrokuboklara vəsiqə qazansa, Qara Qarayev əlavə bonus da alacaq. Sentyabr ayından azad agent statusu daşıyan Qara Qarayevə başqa klublardan da təkliflər gəlsə də, futbolçu minimum 10 min manat aylıq maaş tələb edib.

    Qeyd edək ki, Qara Qarayev “Qarabağ” klubunun yetirməsidir. O, 15 il (2008-2023) Ağdam klubunda çıxış edərək, 9 dəfə Azərbaycan çempionu və 5 dəfə ölkə kubokunun qalibi olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni