More

    “Qarabağ” 4 yeni legionerlə ilkin razılığa gəlib

    “Qarabağ” yay transfer pəncərəsində heyətini yeniləmək istiqamətində intensiv iş aparır.

    Sport-az.com xəbər verir ki, “Futbolinfo.az”ın məlumatına görə, komanda Yassin Benzia, Marko Veşoviç və Patrik Andrade ilə yollarını ayırıb. Eyni zamanda “Zirə”yə icarəyə verilmiş İsmayıl İbrahimli ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Klubun digər legionerləri heyətdə qalacaq, lakin Redon Cica ilə yolların ayrılması ehtimalı hələ də qalır.

    Hazırda rəhbərlik əsas diqqətini boşalan yerlərin doldurulmasına və müəyyən mövqelərin gücləndirilməsinə yönəldib.

    Qurban Qurbanovun planları:

    Baş məşqçi Qurban Qurbanov 6-7 yeni oyunçu transfer etmək niyyətindədir. Axtarışlar davam edir və artıq 4 legioner futbolçu ilə ilkin razılaşma əldə olunub. Klub, namizədlərin adlarını mediadan gizli saxlasa da, onların yüksək səviyyəli peşəkarlar olduğu bildirilib.

    Transfer olunan mövqelər:

    • Mərkəz müdafiəçisi (stopper)
    • Sağ cinah oyunçusu (vinger)
    • Dayaq yarımmüdafiəçisi
    • Hücumçu

    Rəsmi transferlər yekunlaşdıqdan sonra “Qarabağ” daha 2-3 legionerin heyətə cəlb olunması üçün əlavə addımlar atacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni