1xBet Azərbaycanən nüfuzlu Avropa klub turnirində «Köhlən Atlılar»ın qarşıdakı oyununa həsr olunmuş ön baxışı təqdim edir.
Qarabağ pley-offa düşmək uğrunda mübarizəni davam etdirir
Öncəki turda komandamız Neapolda çətin səfər matçı keçirdi. «Köhlən Atlılar» müdafiədə ağıllı oynadı və əks-hücumlarda pis görünmədilər, Qarabağın qapıçısı Mateuş Koxalski isə Rasmus Heylunnun icra etdiyi 11-metrlik zərbəni qaytardı. Qurban Qurbanovun yetirmələri İtaliya çempionuna layiqli müqavimət göstərsə də, xal qazanmaq mümkün olmadı. Napoli 2:0 hesabı ilə qalib gəldi və ölkəmizin çempionlarını turnir cədvəlində 19-cu sıraya endirdi.
Uğursuz nəticəyə baxmayaraq, Qarabağın pley-offa düşmək şansları hələ də yüksəkdir. Problemlərlə üzləşən Ayaksla qarşıdakı matç «Köhlən Atlılar» üçün 3 xal qazanmaq və məqsədlərinə bir addım da yaxınlaşmaq üçün əla fürsətdir.
Amsterdamlılar komanda dərin böhrandadır
Cari Çempionlar Liqası mövsümündə Ayaks fəlakətli nəticələr göstərir. Holland komandasının bütün oyunları şanssız keçib və onlar cədvəlin ən alt pilləsində yer alıblar. Üstəlik, Ayaks turnirin bütün iştirakçıları arasında həm ən zəif hücuma, həm də ən zəif müdafiəyə malikdir. Beş oyunda amsterdamlılar rəqib qapısına cəmi bir dəfə yol tapa biliblər, əvəzində isə 16 qol buraxıblar.
Qarabağın gələcək rəqibinin ciddi problemlərinə baxmayaraq, komandamızın arxayınlaşmasına və diqqəti itirməsinə qətiyyən yol vermək olmaz. Ayaks – zəngin tarixə malik böyük bir klubdur və çətin vəziyyətdə olsa belə, güclü oyun göstərmək iqtidarındadır.
Ayaksdan revanş almaq imkanı
Ötən mövsümdə Qarabağ Avropa Liqasının əsas mərhələsində artıq Amsterdam təmsilçisi ilə qarşılaşmışdı. Həmin vaxt «Köhlən Atlılar» ev oyununda 0:3 hesabı ilə böyük məğlubiyyətə uğramışdı. Qarşıdakı görüş isə şəxsi qarşılaşmaların statistikasını yaxşılaşdırmaq üçün əla şansdır.
Qarabağ qələbə üçün oynayacaq
«Köhlən Atlılar» doğma tribunaların dəstəyi ilə təşəbbüsü ələ almağa və güclü tərəf kimi çıxış etməyə çalışacaqlar. Mərkəz xəttində yaradıcılıq funksiyasını Abdella Zubir yerinə yetirəcək, təhlükəli epizodları isə sürətli Leandru Andrade yaradacaq. Həmçinin, mövsüm ərzində Qarabağı dəfələrlə xilas etmiş qapıçı Mateuş Koxalskinin komanda üçün önəmini də qeyd etmək lazımdır.
Ayaksın futbolçuları arasında komandamızın ilk növbədə hündürboy hücumçu Vout Veqhorstdan ehtiyat etməsi lazımdır – o, xüsusilə hava mübarizələrində çox güclüdür. Amsterdam komandasının mərkəz xəttinin lideri təcrübəli kapitan Devi Klassendir, müdafiə xəttinə isə xorvatiyalı Yosip Şutalo rəhbərlik edir.
Ayaksın heyətində yüksək səviyyəli futbolçular var, lakin Qarabağ texniki ustalıq baxımından amsterdamlılar geri qalmır. Üstəlik, «Köhlən Atlılar» komanda oyunu baxımından gələcək rəqiblərini nəzərəçarpacaq dərəcədə üstələyir və bu, qarşıdakı görüşdə ev sahibinin əsas üstünlüyü ola bilər.
Ağdam təmsilçisi – matçın favoritidir
1xBet ekspertlərinin fikrincə, qarşıdakı oyunda daha çox şans meydan sahiblərinin tərəfindədir. Qarabağın qələbəsinə 2.13 əmsal verilir, Ayaksın qələbəsinə isə 3.5 əmsalla mərc etmək mümkündür. Heç-heçə nəticəsinin ehtimalı isə 3.82 əmsalla qiymətləndirilir.
Çempionlar Liqasının 6-cı turunun Qarabağ – Ayaks oyunu 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandamıza etibarlı bukmeykerlə birlikdə dəstək olun və öz proqnozlarınızı 1xBet online platformasında edin! Şirkət bütün populyar yerli və beynəlxalq idman tədbirləri üzrə geniş xətt təqdim edir, həmçinin oyunçuları ən yüksək əmsallarla və mütəmadi sərfəli promolarla sevindirir.



