More

    “Qarabağ” – “Ayaks” oyununa bilet satışa çıxarılır

    UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

    Sport-az.com-ın xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bilet qiymətləri isə müxtəlifdir: 5, 20, 30, 40, 75 və 150 manat. Oyun VIP Lounge üstünlükləri ilə izləmək istəyənlər üçün isə VVIP C və VVIP D sektorlarına biletlər 300 manata təklif olunacaq.

    Biletləri iTicket.az satış məntəqələrindən, “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopundan, həmçinin Tofiq Bəhramov stadionunun kassalarından əldə etmək mümkündür.

    “Qarabağ” – “Ayaks” qarşılaşması oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni