UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Qarabağ” komandası oyunlarından birini Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.
Sport-az.com-un Sport24-ə istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi İngiltərə klubu “Çelsi“ni BOS-da qəbul etmə ehtimalına malikdir. Qeyd olunub ki, “Qarabağ” və “Çelsi” komandaları arasındakı qarşılaşma noyabrın 5-də baş tutacaq.



