More

    “Qarabağ”–“Çelsi” oyununun biletləri sabah satışa çıxacaq

    UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində noyabrın 5-də keçiriləcək “Qarabağ”–“Çelsi” (İngiltərə) oyununun biletləri oktyabrın 29-da saat 15:00-dan etibarən satışa təqdim olunacaq. Bu barədə Ağdam klubunun rəsmi məlumatında bildirilib.

    Biletlərin qiymətləri müxtəlif kateqoriyalar üzrə müəyyən olunub: standart sektorlarda 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP zonalarda 200, 250, 300 və 400 manat, VVIP sektoru üçün isə 1000 manatdır. Biletlər yalnız iTicket.az saytında və mobil tətbiq üzərindən satın alınacaq.

    Yarış Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Azarkeşlər oyuna erkən bilet almağa dəvət olunurlar.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni