Azərbaycan təmsilçisi “Qarabağ” bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda İtaliyada “Napoli” ilə münasibətlərə aydınlıq gətirəcək. Qurban Qurbanovun rəhbərliyi ilə “köhlən atlar” Neapolda, “Stadio Diego Armando Maradona”da güclü rəqibin qəbrinə meydan oxuyacaq.
V turun qarşılaşması Bakı vaxtı ilə 23:59-da start götürəcək və oyunu polşalı FİFA referisi Şimon Marçinyak idarə edəcək. Hazırda “Qarabağ” 7 xalla turnir cədvəlində 15-ci mövqedədir, “Napoli” isə 4 xalla 24-cü yeri tutur.
Çempionlar Liqasının bu gün keçiriləcək digər oyunları:
21:45 “Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya)
21:45 “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika)
00:00 “Napoli” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
00:00 “Mançester Siti” (İngiltərə) – “Bayer Leverkuzen” (Almaniya)
00:00 “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)
00:00 “Borussiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya)
00:00 “Budyo-Qlimt” (Norveç) – “Yuventus” (İtaliya)
00:00 “Olimpik Marsel” (Fransa) – “Nyukasl” (İngiltərə)
00:00 “Slaviya” (Çexiya) – “Atletik Bilbao” (İspaniya)



