Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.
sport-az.com azerisport.com-a istinadən bildirir ki, püşkatma zamanı Azərbaycan klubu “Qarabağ” da potensial rəqibini müəyyənləşdirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 3-cü təsnifat raundunda Şimali Makedoniya klubu “Şkendiya” ilə qarşılaşacaq. İlk matç avqustun 5-i Skopyedə, cavab qarşılaşması avqustun 12-si Bakıda keçiriləcək.
Püşkatma zamanı “Qarabağ” – “Şkendiya” cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alan aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
- “Bude-Qlimt” (Norveç)
- “Seltik” (Şotlandiya)
Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:
- “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
- “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
- “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start verəcək.
Çempionlar Liqasının pley-off mərhələsinin matçları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.



